Millətlər Liqası: Niderland Uelslə, Ukrayna İrlandiya ilə qarşılaşacaqbackend

Millətlər Liqası: Niderland Uelslə, Ukrayna İrlandiya ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekun vurulacaq.

“Report”un məlumatına görə, sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə 4 qarşılaşma oynanılacaq.

A Liqasının 4-cü qrupunda Niderland yığması Uelsin qonağı olacaq, Belçika isə Polşanı qəbul edəcək. İlk turdan sonra Polşa və Niderland 3 xala malikdir.

B Liqasının 1-ci qrupunda Ermənistan Şotlandiya ilə, Ukrayna isə İrlandiya ilə üz-üzə gələcək. Ukrayna və Şotlandiya qrupda ilk matçlarına çıxacaqlar.

UEFA Millətlər Liqası

A Liqası

4-cü qrup

22:45. Uels – Niderland

22:45. Belçika – Polşa

Xal durumu: Niderland – 3, Polşa – 3, Uels – 0, Belçika – 0

B Liqası

1-ci qrup

22:45. Şotlandiya – Ermənistan

22:45. İrlandiya – Ukrayna

Xal durumu: Ermənistan – 3 (1 oyun), Ukrayna – 0, Şotlandiya – 0, İrlandiya 0 (1 oyun)