Milli Məclisdə azad edilən ərazilərdəki qəbiristanlıqların bərpası ilə bağlı məsələ qaldırılıbbackend

Milli Məclisdə azad edilən ərazilərdəki qəbiristanlıqların bərpası ilə bağlı məsələ qaldırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təklif edirəm ki, mərhələli şəkildə dünyasını dəyişmiş məcburi köçkünlərin öz doğma yurdlarında minalardan təmizlənmiş ərazilərdə dəfninə şərait yaradılsın.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə qəbirstanlıqların bərpası prosesinə başlanılmalıdır: “Bəzi qəbirstanlıqlarda sümüklər açıq-aydın ortada qalıb. Bu prosesi mümkün qədər sürətləndirməliyik”.

Deputat bildirib ki, bu gün ölkədə “Böyük qayıdış” prosesi uğurla davam etdirilir: “Bu gün hər bir məcburi köçkün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğı və diqqətini üzərlərində hiss edirlər”.