Millimizin oyunu azarkeşlərlə keçirilə bilər, Moldova rəsmiləri icazə verdibackend

Millimizin oyunu azarkeşlərlə keçirilə bilər, Moldova rəsmiləri icazə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan və Moldova komandaları arasında Kişineudakı yoldaşlıq oyununun azarkeşlərin iştirakı ilə keçirilmə ehtimalı yüksəkdir.

Kişineu bələdiyyəsinin Fövqəladə Xalq Sağlamlığı Komissiyası idman tədbirlərində tamaşaçılara tribunaların tutumunun 50 faizini doldurmağa icazə verib.

Yerli federasiya “Şerif” və “Sfıntul George” komandaları arasında ölkə kubokunun finalının azarkeşlərlə olacağını təsdiqləyib. Eyni qərarın Moldova – Azərbaycan qarşılaşmasına da şamil ediləcəyi gözlənilir.

Qeyd edək ki, Moldova – Azərbaycan oyunu iyunun 6-da “Zimbru” stadionunda baş tutacaq. Ölkə kubokunun finalı mayın 30-də eyni arenada gerçəkləşəcək.

 

 

İnterpress.az