Mişustin yeni VOLGA modelini Çin sükanının mövcudluğuna görə tənqid edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Nijni Novqorodda “Rusiyanın Rəqəmsal Sənayesi” konfransında bildirib.
O, yeni VOLGA modelini Çin sükanının mövcudluğuna görə tənqid edib.
“Sükan hələ də çininkidir, mən istərdim Rusiyanınkı olsun. Axı o, digər elementlər kimi mürəkkəb deyil”, – Mişustin deyib.
Qeyd edək ki, bu gün Nijni Novqorodda yeni “Volqa” təqdim olunub. Yeni avtomobillərin istehsalına 2024-cü ildə başlanılması planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az