Ulan Batorda etirazçılar Putinə qarşı aksiya keçiriblər.
interpress.az xəbər verir ki, bir qrup etirazçı Monqolustanın paytaxtında toplaşaraq “Rədd ol buradan, hərbi cinayətkar Putin” pankartı açıblar.
Etirazçılar bir müddət Hökumət Sarayının yaxınlığında dayanıb, sonra isə aksiya təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu gün Monqolustanda səfərdədir.
Xuraman Etibarlı
İnterpress.az