Müharibə veteranlarından 53 nəfər işlə təmin olundu – FOTObackend

Müharibə veteranlarından 53 nəfər işlə təmin olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Security Operation Services” (SOS) şirkəti 53 Vətən müharibəsi iştirakçısını işlə təmin edib.

Dövlət Neft Şirkətindən (SOCAR)  verilən məlumatda bildirilir ki, həmin şəxslər neft mədənlərinin, boru kəmərlərinin və digər neft sənayesi obyektlərinin mühafizəsinə cəlb olunacaq.

Bu münasibətlə keçirilən tədbirdə neft obyektlərinin mühafizəsində çalışan müharibə veteranlarına xüsusi diqqət rəmzi olaraq, şirkətin kollektivi adından plaketlər də təqdim olunub.

Şirkətin direktoru Anar Məmmədov bildirib ki, hazırda bütün şəhid ailələri və müharibə veteranları dövlətimizin sosial qayğısı ilə tam əhatə olunub, lakin özəl müəssisə və təşkilatlar da bu işə öz töhfəsini verməkdədir.

Qeyd edilib ki, “Security Operation Services” MMC müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən peşəkar mühafizə şirkətdir. Zəngin fəaliyyət təcrübəsinə malik olan şirkət əməkdaşları bir sıra özəl və dövlət müəssisələrinin, o cümlədən SOCAR-la əməkdaşlıq çərçivəsində strateji sənaye obyektlərinin qorunmasını həyata keçirir.