Meyxanaçı Namiq Qaraçuxurlu illər əvvəl onu məşhurlaşdıran “Rəvayət” mahnısına çəkilən klipindən danışıb.
Aparıcı Kazım Sübhanın “Özəl” proqramına qatılan ifaçı “Rəvayət” nümayiş olunan andan gənc xanımların onu zəngləri ilə təngə gətirdiyini, hətta zənglərdən telefonunun söndüyünü açıqlayıb:
“Telefonumun enerjisinin bitməsinin səbəblərindən biri də xanımların zəngləri idi. Daha çox zəng edirdilər ki, “Mən filankəsəm, filan yerdə işləyirəm”.
Ona qədər tamaşaçı sevgisi görmüşdüm. O baxımdan hər zaman cəlb etməyi bacarmışam. Toylarda səsimlə, görünüşümlə, duruş-oturuşumla bəyənilirdim, zənglər gəlirdi. Kimsə öz sevgisini etiraf edirdi. Amma bu klipdən sonra daha kütləvi oldu. Təbii ki, buna o vaxtkı xarici görünüşüm də yardım edirdi”.
İnterpress.az