NATO müttəfiqləri Ukraynaya 1 milyon PUA göndərməyi hədəfləyirbackend

NATO müttəfiqləri Ukraynaya 1 milyon PUA göndərməyi hədəfləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq NATO müttəfiqlərinin Ukraynaya 1 milyon pilotsuz uçuş aparatı göndərmək barədə razılığa gəldiyini açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

NATO-nun baş katibi Yens Stoltenberq, NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən Müdafiə Nazirləri və NATO-Ukrayna Şurası Toplantılarından sonra mətbuata açıqlama verib.

“Bir qrup müttəfiq Ukraynaya 1 milyon pilotsuz uçuş aparatı (PUA) çatdırmaq məqsədi ilə bir araya gəlir. NATO-nun 20 müttəfiqi də minalardan təmizləmə koalisiyası yaratmaq qərarına gəlib”, – deyə baş katib bildirib.

Stoltenberq sualına cavab olaraq Türkiyə, Bolqarıstan və Rumıniyanın Qara dənizdə birgə minalardan təmizləmə fəaliyyətindən məmnun olduğunu bildirib və bu səylərin Ukraynaya öz ərazi sularından istifadə etmək, Rusiyaya qarşı dənizdə uğur qazanmaq və taxılını ixrac etmək imkanı verdiyini bildirib.

Stoltenberq Polşada yeni NATO-Ukrayna müştərək təhlil və təlim mərkəzinin yaradılmasına qərar verildiyini də açıqlayıb və əlavə edib ki, bu strukturun məqsədi müttəfiqlərin təcrübələri və dərsləri mübadiləsi yolu ilə Ukrayna ordusuna təcrübə verməkdir.