“NATO-nun aqressiv hərəkətlərinə hazır olmalıyıq” – Medvedevbackend

“NATO-nun aqressiv hərəkətlərinə hazır olmalıyıq” – Medvedev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO-nun Rusiya sərhədləri yaxınlığında genişlənməsi artıq söz yığını deyil”.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bildirib ki, Rusiya aqressiv hərəkətlərə hazır olmalıdır.

“Söhbət ilk növbədə NATO-nun sərhədlərimizin yaxınlığında mövcudluğunu genişləndirmək cəhdindən gedir.  Bu, artıq söz yığını deyil, standart təhdidlər deyil. Biz baş verə biləcək aqressiv hərəkətlərə hazır olmalıyıq”, – deyə Medvedev Elm və Təhsil Şurasının rəyasət heyətinin iclasında qeyd edib.

Onun fikrincə, belə şəraitdə Rusiya ölkəni “ən müasir silahlarla” təmin etmək sistemi yaratmalıdır.

Bundan əvvəl Dmitri Medvedev İsveç və Finlandiyanın NATO-ya daxil olmasına sərt reaksiya verib.

“The Times” nəşrinin məlumatına görə, hər iki ölkə yay aylarında Alyansa qoşulmaq üçün müraciət edəcək. Finlandiyanın Baş naziri Sanna Marin aprelin 13-də parlamentin yaxın həftələrdə NATO-ya üzvlüklə bağlı qərar verəcəyini açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Finlandiyanın ölkəyə daxil olması Rusiyanı təhdid etmir. Rusiya Xarici İşlər Nazirliyi isə qeyd edib ki , Finlandiya və İsveçin NATO-ya daxil olması Şimali Avropada sülh və sabitlik üçün mənfi nəticələrə gətirib çıxaracaq.