“NATO Ukraynanın əli ilə Rusiyaya qarşı vuruşur” – Zaxarovabackend

“NATO Ukraynanın əli ilə Rusiyaya qarşı vuruşur” – Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Ukraynaya silah tədarükünü davam etdirməklə münaqişənin uzanmasına gətirib çıxarır.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova NATO Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasından sonra bildirib.

“Ukraynanı əlavə silahlarla təmin etməyə davam edən alyans münaqişənin uzanmasına gətirib çıxarır. O, Kiyev rejiminin müharibə cinayətlərinə və təkcə Donbasda deyil, bütün Ukraynada mülki insanlara qarşı qəddarlığa görə cəzasız qalacağına inamını dəstəkləyir. Getdikcə daha aydın olur ki, münaqişəyə açıq şəkildə daxil olmasını inkar edərək, Şimali Atlantika bloku faktiki olaraq uzun müddət Ukraynanın tərəfində və onun əli ilə Rusiyaya qarşı vuruşur”, – Rusiya XİN-in saytında Zaxarovanın adından yayılan açıqlamada qeyd olunub.(apa)