“Azərbaycan qlobal iqtisadiyyatın bir hissəsidir”.
İnterpress.az xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “İqlim İmperativi – Yerli Fəaliyyətdən Qlobal Fəaliyyətə” panelində çıxışı zamanı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
O bildirib ki, əslində qeyri-neft sektorunda bizim kənd təsərrüfatı mühüm rol oynayır:
“Keçən il bizdə quraqlıq oldu. Bu bizim landşaft üzrə yeni bir hadisə idi və bizim kənd təsərrüfatının inkişafına mane yaradır. Biz yarımquraqlıq landşafta uyğun gələn məhsullar yetişdirməyi düşünürük. 70 % daşqınlar bizə kənardan gəlir. Biz artıq ölkədə su qıtlığı ilə üzləşməkdəyik”.
O qeyd edib ki, digər problem isə turizm sahəsi ilə bağlıdır:
“Azərbaycanda xizək kurortları var. Lakin son illər ərzində buzlaqların əriməsi nəticəsində bu yerlərə gələn turistlərin sayında azalma müşahidə edirik”.
Elnur Əliyev Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin Şərq-Qərb dəhlizi ilə bağlı narahatlıq yaratdığını qeyd edib: “Bu marşrut üzərində olan ölkələr bu infrastruktura vəsait ayırmağa məcbur qalırlar”.