Nazirlikdən müəllim tərəfindən təhqir olunan məktəbli ilə bağlı YENİ AÇIQLAMAbackend

Nazirlikdən müəllim tərəfindən təhqir olunan məktəbli ilə bağlı YENİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlərdə məktəblərdə oğlan uşaqlarının saç uzatması, müəyyən formaya salınmasına rast gəlinir. Eləcə də qızların saçlarını rəngləməsi də müşahidə edilir”

bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

A.Zeynalova bu yaxınlarda məktəblərdən birində müəllimin sinfə yeni gələn 11 yaşlı oğlanı saç formasından dolayı qız kimi təqdim etməsi ilə bağlı məsələyə də toxunub:

“Uşaq xaricdən gəlib. Müəllim onun saçına görə sinfə onu qız kimi təqdim edib. Bu da uşağa psixoloji problem yaradıb. Onun valideyni bu barədə sosial şəbəkədə də məlumat paylaşıb. Məsələ ilə bağlı məktəb tərəfindən müəllimə töhmət də verildi, amma neçə illik pedaqoji təcrübəsi olan birinin belə bir hərəkətə yol verməsi qəbulolunmaz haldır. Uşağın saçı uzun olsa da, geyimi oğlan geyimi olub. Zarafatla olsa belə, müəllimin bu hərəkəti yolverilməzdir.

Uşaq artıq o sinifdə necə təhsil alacaq? Hər uşaq bir evdən gəlib və öz evinin güzgüsüdür. Mənə çox maraqlıdır. Müəllim o sinifdə uşaq üçün normal olmayan bir mühit yaratdı. Mən bir mütəxəssis və valideyn kimi həmin şagirdin valideynini anlayıram. Müəllimə töhmət verilsə də, o uşağa qarşı sinif yoldaşlarının göstərəcəyi münasibət məni çox narahat edir”.

Qeyd edək ki, paytaxtdakı 116 nömrəli tam orta məktəbində müəllim oğlan şagirdi saçı uzun olduğuna görə sinfə qız kimi təqdim edərək onu təhqir edib. Məsələ ictimailəşdirildikdən sonra sözügedən müəllim barəsində məktəb rəhbərliyi tərəfindən tədbir görülüb və müəllimə töhmət verilib.