Neftçala rayonunda “Zəfər Günü” qeyd olunur – FOTOLARbackend

Neftçala rayonunda “Zəfər Günü” qeyd olunur – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçala rayonunda “Zəfər Günü” qeyd olunub.

İnterpress.az xəbər verir ki, 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən müharibəsindəki qələbəmizin dördüncü ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığıla silsilə tədbirlər keçirilir.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyəti və qonaqlar iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli və Şəhidlər Xatirə Kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb və ehtiramla yad olunublar.

Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfərimizin dördüncü ilinə həsr olunan ağacəkmə askiyası keçirilib.

Ağacəkmə aksiyasında 100-dən çox müxtəlif növ ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilib.

İnterpress.az