Nərimanov rayonunda da reydlər keçirilirbackend

Nərimanov rayonunda da reydlər keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nərimanov rayonu ərazisində yaradılmış 20 mobil işçi qrupları tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər davamlı olaraq həyata keçirilir.

Interpress.az  xəbər verir ki, mobil qruplar gün ərzində rayonun küçə və prospektlərində, məhəllələrdə, yaşayış massivlərində, eləcə də ticarət və ictimai iaşə obyektlərində, apteklərdə, banklarda, ödəniş terminallarının önündə və digər yerlərdə keçirdikləri reydlər zamanı vətəndaşlarla xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparır, bütün xidmət obyektlərində işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, əlcək, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verir, aşkarlanmış ciddi qanun pozuntuları olduqda müvafiq orqanların əməkdaşları tərəfindən sənədləşdirilir.

Son günlərdə isə mobil qruplar insanların cəm halında toplaşdığı məhəllələrdə təbliğat işlərinə xüsusi diqqət ayırıb. Məhəllələrdə reydlər zamanı vətəndaşlara sərtləşdirilmiş xüsusi karantin dövründə vətəndaşların evdən çıxmamaları, ehtiyac yarandığı təqdirdə çıxdıqda isə mütləq şəkildə qoruyucu vasitələrdən istifadə etmələri, sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıqlar olunub, koronavirus (COVİD-19) infeksiyasından qorunma yolları barədə maarifləndirici bukletlər və maska paylanılıb.

Reydlərin başlandığı 2 iyul tarixdən bu günədək rayon ərazisində fəaliyyətinə icazə verilən 1400-ə yaxın ticarət və ictimai-iaşə obyektlərində reydlər keçirilib. Reydlər zamanı sərt karantin rejiminin tələblərini pozduqlarına görə bir neçə obyekt rəhbərinə xəbərdarlıq edilmiş və 188 nəfər vətəndaş cərimələnib.

Reydlərlə yanaşı rayon ərazisində əhalinin sağlamlığının qorunması məqsədilə gündəlik olaraq qrafik üzrə küçə və prospektlərin səkiləri, park və bağların ətraf əraziləri, əsasən də binaların həyətləri, girişləri, liftlər və sakinlərin daha çox istifadə etdiyi digər yerlər təsirli kimyəvi vasitələrlə dezinfeksiya edilir.