Netanyahu və komandası Harrisin kamera qarşısındakı ifadəsindən özlərini itirib və onun səs tonundan heyrətə gəliblər.
interpress.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
İsrailin baş naziri Netanyahu və komandasının fikrincə, ABŞ vitse-prezidenti Kamala Harrisin görüşdən sonra verdiyi bəyanat onun danışıqlar zamanı söylədiklərindən qat-qat sərt olub.
Qeyd olunur ki, Netanyahunu məyus edən Harrisin HƏMAS-la sövdələşmədən müharibənin tam sona çatması kimi danışması olub. Bu, Yəhudi Dövlətinin mövqeyi ilə ziddiyyət təşkil edir.
İsrailin baş naziri hesab edir ki, vitse-prezidentin bu cür şərhləri regionda vəziyyəti gərginləşdirə və sazişin bağlanmasını çətinləşdirə bilər.
Xuraman Etibarlı
İnterpress.az