Nigeriya kriptovalyuta birjalarına girişi qadağan edirbackend

Nigeriya kriptovalyuta birjalarına girişi qadağan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriya hökuməti kriptovalyuta birjalarına girişi bloklayıb. Nigeriya Mərkəzi Bankı və Nigeriya Rabitə Müdirliyi telekommunikasiya şirkətlərinə bütün kriptovalyuta saytlarına girişi dayandırmağı tapşırıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Qeyri-qanuni pul köçürmələrini və yerli valyuta olan nairanın dəyərdən düşməsini dayandırmağa çalışan hökumət tətbiqlər vasitəsilə girişi də məhdudlaşdırıb.

Afrikanın ən sıx məskunlaşdığı, 220 milyon əhalisi olan Nigeriyada yerli valyutanın dollar qarşısında məzənnəsi tarixin ən aşağı səviyyəsindədir.

Zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan Nigeriya iqtisadiyyatı, gəlir bərabərsizliyi, Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlərdən mənfi təsirlənir.

Ölkələrində iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya çatmağa çalışırlar.