Nigeriya ordusu çevriliş cəhdi iddialarını rədd edirbackend

Nigeriya ordusu çevriliş cəhdi iddialarını rədd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriya ordusu mətbuatda yer alan çevriliş cəhdi iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Ordudan verilən açıqlamada, mətbuatda yer alan çevriliş cəhdi iddialarının əsassız olduğu bildirilib və ordunun demokratiyanı qorumaq əzmi vurğulanıb.

Yerli mətbuatda yer alan xəbərlərdə dövlət çevrilişi cəhdi iddiasından sonra prezident mühafizəçilərinin həyəcan vəziyyətində olduğu və Nigeriya prezidenti Bola Əhməd Tinubunun təcili toplantılar keçirdiyi iddia edilib.

220 milyon əhalisi ilə Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada yerli valyuta dollar qarşısında tarixinin ən aşağı səviyyəsindədir.

Zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan Nigeriya iqtisadiyyatı, gəlir bərabərsizliyi, Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlərdən mənfi təsirlənir.

Ölkələrində iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya çatmağa çalışırlar.