Novxanıda iki avtomobil toqquşdu: Xəsarət alan varbackend

Novxanıda iki avtomobil toqquşdu: Xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Rəhimov Allahverdi Rəhim oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və üz-çənə nahiyəsinin əziyi diaqnozu qoyulub. A.Rəhimovun vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

 

 

 

Interpress.az