Ölkənin ən böyük proqramlaşdırma olimpiyadası keçirilibbackend

Ölkənin ən böyük proqramlaşdırma olimpiyadası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin ən böyük uşaq və yeniyetmlər arası proqramlaşdırma olimpiadası baş tutdu

İnterpress.az bildirir ki, 27 aprel tarixində “Start İT” təlim mərkəzinin təşkilatçılığı ilə ölkənin ən böyük uşaq və yeniyetmələr arası proqramlaşdırma olimpiadası olan “Code Fest 2024” baş tutub. Olimpiada çərçivəsində doqquz kateqoriya üzrə individual və komanda formasında yarışlar keçirilib.

Sayca artıq üçüncüsü təşkil olunan 5-15 yaşlı uşaq və yeniyetmələr arası proqramlaşdırma və robototexnika olimpiadasında 600 nəfərdən çox iştirakçı olub.

Tədbirin bir hissəsində rəqabətli yarış gedərkən, digər hissəsində isə valideyn və mentorlar üçün bir çox mövzuda spikerlərin çıxışları baş tutub.

Olimpiadanın sonunda təltifolunma mərasimi keçirilib. Mərasimdə hər kateqoriya üzrə qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, olimpiada SABIS®️ SUN Beynəlxalq məktəbi, Azərkosmos, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Moon Group şirkəti, “Gamenote Baku” multi brend oyunlar mağazası, ABRİS, GulfStream, “iComp” kompyuter mağazası , “Tedroid”, “Texnojurnal” media qrupları, Freds English, GameSummit, “İrşad” mağazalar şəbəkəsi və “Tredu” şirkətinin tərəfdaşlığı ilə keçirilib.