OpenAI yeni süni intellekt məhsulunu elan etdibackend

OpenAI yeni süni intellekt məhsulunu elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

San-Fransiskoda yerləşən OpenAl texnologiya şirkəti mətn əmrləri ilə real və yaradıcı səhnələr yarada bilən süni intellekt modeli Sora-nı təqdim edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Süni intellektli söhbət robotu ChatGPT-nin inkişaf etdiricisi OpenAI tərəfindən edilən şərhdə, insanların reallıq tələb edən problemləri həll etməsinə kömək edən modellərlə bağlı hərəkətdə olan fiziki dünyanı anlamaq və simulyasiya etmək üçün süni intellektə öyrətmək üçün bir araşdırma aparıldığı ifadə edilib.

Açıqlamada Sora-nın “mətndən videoya” süni intellekt modeli olduğu, istifadəçilərin istəklərindən asılı olaraq və vizual keyfiyyətini qoruyaraq bir dəqiqəyə qədər videolar yarada biləcəyi bildirilib.

Açıqlamada, Sora’nın zərər və ya risk baxımından qiymətləndirilmək üçün bu gün bəzi komanda üzvlərinə təqdim edildiyi və modelin bir sıra vizual sənətçi, dizayner və kinorejissorun rəy alması üçün əlçatan edildiyi ifadə edilib.

Açıqlamada bildirilir ki, Sora çoxsaylı personajlar, müəyyən hərəkət növləri, mövzu və fonun dəqiq təfərrüatları ilə mürəkkəb səhnələr yarada bilir.Model ona göstərişləri dəqiq şərh etməyə və maraqlı obrazlar yaratmağa imkan verən dərin dil anlayışına malikdir.