Örl Litzenberger: “Azərbaycanda mina probleminin həlli vacibdir”backend

Örl Litzenberger: “Azərbaycanda mina probleminin həlli vacibdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi məsələsi ciddi problemdir. Əgər ərazilər minalardan təmizlənməsə, məcburi köçkünlər ora qayıda bilməyəcəklər”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.

Onun sözlərinə görə, bir sıra ABŞ şirkəti işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində iştirak edir.

“ABŞ-ın bu sahədə böyük təcrübəsi var, biz ən yaxşı texnikaları təqdim edə bilərik. Qarabağda daha çox ABŞ şirkətlərini görmək istəyirik”, – səfir bildirib.