Ötən ilin ən yaxşı baş məşqçisi bəlli olubbackend

Ötən ilin ən yaxşı baş məşqçisi bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni FİFA tərəfindən 2022-ci ilin ən yaxşı baş məşqçisi seçilib.

“The Best FIFA Football Awards” 2022 mükafatlandırma mərasimi qurumun yutubdakı rəsmi kanalında yayımlanıb.

O, ən yaxşı baş məşqçi adı uğrunda mübarizədə italiyalı Karlo Ançelotti və “Mançester Siti”nin ispaniyalı baş məşqçisi Xosep Qvardiolanı qabaqlayıb.

Argentina millisi Lionel Skaloni rəhbərliyi altında 2022-ci ildə 1986-cı ildən sonra ilk dəfə, ümumilikdə isə üçüncü dəfə dünya çempionu olub.