Pakistanda fevralın 8-də keçirilən ümumi seçkilərdə heç bir partiya çoxluğu ələ keçirə bilmədikdən sonra koalisiya hökuməti qurmaq üçün siyasi partiyalar arasında danışıqlar davam edir.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Pakistan Xalq Partiyasının (PXP) həmsədri və keçmiş prezident Asif Əli Zərdari, PPP həmsədri Bilawal Bhutto Zərdari və Pakistan Müsəlman Liqası-Nəvazdan (PML-N) keçmiş baş nazir Şahbaz Şərif arasında görüş keçirilib.
Mənbələrin bildirdiyinə görə, PML-N koalisiya hökumətinin qurulmasında ittifaq yaratmaq üçün PPP-yə rəsmi təklif göndərib.
Keçmiş prezident Zərdari bəyan edib ki, PPP Mərkəzi İcraiyyə Şurası onun oğlu Bilawal Bhutto Zardarinin baş nazir postuna namizədliyini irəli sürmək barədə qərar qəbul edib.
Mənbələr iki partiyanın güc paylaşımını gündəmə gətirdiyini də bildirib.
Bu kontekstdə 5 illik baş nazirlik müddətinin 3 il üçün PML-N-dən, 2 il müddətinə isə PPP-dən baş nazirliyə namizəd təyin edilməsi imkanının müzakirə edildiyi bildirilir.
PML-N və PPP koalisiya hökuməti üçün Birləşmiş Xalq Hərəkatı Partiyası (MQM-P) ilə də əlaqə saxlayır.