Papa Fransisk: “Müharibələr heç vaxt problemləri həll etmir”backend

Papa Fransisk: “Müharibələr heç vaxt problemləri həll etmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibələr heç vaxt problemləri həll etmir.

Bunu Roma Papası Fransisk oktyabrın 18-də işıq üzü görəcək “Gələcəyə Ümid üçün On Dua” kitabında yazıb.

Əsərdən fraqmentlər İtaliya mətbuatında yayılıb.

Papanın sözlərinə görə, yaxın tarix hətta başqa ölkələrə hücuma haqq qazandırmaq üçün saxta bəhanələrin yaradıldığı və sübutların saxtalaşdırıldığı “manipulyasiya edilmiş müharibə” nümunələrilə doludur.

Pontifik siyasi hakimiyyətləri davam edən müharibələrə son qoymağa, informasiya ilə manipulyasiya etməməyə, hərbi məqsədlərə nail olmaq üçün xalqları aldatmamağa çağırıb.

O qeyd edib ki, müharibənin ədalətli sayıla biləcəyi hal yoxdur.

Roma papası Yəmən, Liviya və Suriya müharibələrini misal çəkərək onları səmərəsiz adlandırıb və bildirib ki, hərbi əməliyyatlar heç vaxt hədəf aldığı problemləri həll etmir.

Mənbə: gazeta.ru