“Paqonu yolunmuş “media kapitanları” yox, media fəhlələri dəyər qazansın” – Əməkdar jurnalistbackend

“Paqonu yolunmuş “media kapitanları” yox, media fəhlələri dəyər qazansın” – Əməkdar jurnalist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahat dalğası axır ki, bizim tərəflərə də çatdı. Çoxdan gözləyirdik. Prezident ölkə mediasında islahatların dərinləşdirilməsi haqqında fərman verib. KİVDF-nin yerində Medianın İnkişafı Agentliyi yaradılıb. Həm fərman, həm də agentliyin nizamnaməsi kifayət qədər əhatəlidir. Medianın elə bir sahəsi yoxdur ki diqqətdən kənarda qalsın”.

Yenisabah.az xəbər verir ki, bu barədə Əməkdar jurnalist Natiq Məmmədli sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, media əhatəli sahədir və bu istiqamətdə islahatların da geniş spektri əhatə etməsi təbiidir:
“O məsələnin başqa tərəfidir buraxdığı qəzet yaman gündədi amma baş redaktoru “informasiyalı cəmiyyət” haqqında nağıllar danışır. O ayrı söhbətdir ki, əslində özü islahatın predmeti olan adamlar indi tövsiyə verir. Bir başqası da tərəzini hardan tapıb bilmirəm, kimsə ağzını açan kimi başlayır ölçməyə “sənin bunu deməyə haqqın çatır ya yox”. Yoldaşlar, gəlin bilirsiniz neyləyək? “Mız” qoymayaq! Təkəbbürümüzü keçmiş zamanda saxlayaq. Axı biz bir-birimizi yaxşı tanıyırıq. Palan içi tökməkdənsə gələcəyə baxmaq yaxşı olmazmı? Ortada media islahatları paketi var. Bu sənədlərin hazırlanması üçün ciddi əmək sərf olunduğu ortadadır. Çalışmalıyıq ki, milli mətbuatın yeni şəkillənməsində düz sözün, plüralizmin və ədalətin çəkisi daha ağır olsun. Jurnalist əməyinin qədir-qiyməti bilinsin. Paqonu yolunmuş “media kapitanları” yox, media fəhlələri dəyər qazansın”.