Parasetamol spermanı məhv edir və reproduktiv sistemə zərər verir.
İnterpress.az xəbər verir ki, bununla bağlı İngilis alimləri araşdırma aparıb. Araşdırmaya görə, Parasetamol spermanı məhv edir və reproduktiv sistemə zərər verir.
Dərmanın aktiv maddələri bədəndə toplanır, toksik təsir göstərir, testosteronun səviyyəsini azaldır və endokrin sistemi pozur.
Bu səbəbdən spermanın keyfiyyəti aşağı düşür.
Alimlərin fikrincə, belə davam edərsə, 2045-ci ilə qədər kişilərdə sağlam sperma sayı sıfıra yaxınlaşa bilər.
Xuraman Etibarlı
İnterpress.az