Parisdə küçələrdən birinə Səmərqənd adı VERİLDİbackend

Parisdə küçələrdən birinə Səmərqənd adı VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə küçələrdən birinə Səmərqənd adı verilib.

İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin saytı məlumat yayıb.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Fransaya dövlət səfəri çərçivəsində Paris meri İdalqo ilə görüşüb.

Tərəflər strateji tərəfdaşlığın inkişafı, “yaşıl” zonaların yaradılması və şəhər infrastrukturunun modernləşdirilməsini müzakirə ediblər.

Həmçinin iki şəhər arasında mədəni əlaqələrin gücləndirilməsinin əlaməti olaraq Fransa paytaxtının küçələrindən birinə Səmərqənd adının veriləcəyi açıqlanıb.

Xuraman Etibarlı

İnterpress.az