Parisdə yanacaq alışına 50 avroluq limit tətbiq edildibackend

Parisdə yanacaq alışına 50 avroluq limit tətbiq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə yanacaqdoldurma məntəqələri neft sənayesində tətillər səbəbindən yanacaq çatışmazlığı fonunda benzin alışına 50 avroluq limit tətbiq ediblər.

Məlumata görə, cümə axşamı şəhərin Trocadero meydanında yanacaq doldurmaq üçün uzun avtomobil və motosiklet növbəsi yaranıb. Bu ərazidə nəqliyyat vasitələrinin sıxlığı çox olduğundan hərəkət çətinləşib.

Yanacaqdoldurma məntəqəsində yaranan növbə polis patrulları tərəfindən tənzimlənib.

Qeyd olunub ki, Parisdə benzin və dizel yanacağının qiyməti 2 avro həddini keçib.

Mənbə: iz.ru