Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin etirazları səbəbindən istefa verməyə hazırlaşmır.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, o, bu söhbətləri qeyri-ciddi adlandırıb.
“İstefamla bağlı suala dəfələrlə cavab vermişəm. Mən bir neçə dəfə artıq istefa vermişəm. Baş nazirin davamlı istefa verməsi artıq ciddi deyil”, – o bildirib.