Paşinyan Putinin dəvətini QƏBUL ETDİbackend

Paşinyan Putinin dəvətini QƏBUL ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan Putinin dəvətini qəbul edib və mayın 9-da Moskvaya qedəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin dəvətini qəbul edib və onun mayın 9-da Moskvada keçiriləcək yubiley mərasimində iştirakını təsdiqləyib.

Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Paşinyan və Putin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini də müzakirə ediblər.

Ermənistanın baş naziri bəyan edib ki, sənədin mətni razılaşdırılıb və İrəvan onu imzalamağa hazırdır. Putin cavabında vurğulayıb ki, Moskva həmişə ölkələr arasında münasibətlərin normallaşmasının tərəfdarı olub və hər ikisi Rusiya tərəfinin köməyinə ümid edə bilər.

Xuraman Etibarlı

İnterpress.az