“Paşinyanın impiçment prosesini başa çatdırmaq üçün hakim partiyanın iştirakı lazımdır” – Erməni deputatbackend

“Paşinyanın impiçment prosesini başa çatdırmaq üçün hakim partiyanın iştirakı lazımdır” – Erməni deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İmpiçment prosesini başa çatdırmaq üçün “MM”dən bəzi deputatların iştirakı lazımdır”.

İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bunu “Şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan Respublika meydanında jurnalistlərlə söhbətində deyib.

Deputat impiçment prosesinin başlanması üçün lazım olan imzaların toplanmasına başlanılıb-başlanılmaması ilə bağlı sualı cavablandırıb.

“Konkret proseslə bağlı müəyyən prosedur məsələlər var ki, onların bəzilərini bizim tərəfimizdən müəyyən etmirik”, – Abramyan bildirib.

Onun sözlərinə görə, bütün prosesi başa çatdırmaq üçün təbii ki, “Mülki Müqavilə” fraksiyasından müəyyən deputatların da iştirakının təmin edilməsinə ehtiyac yaranacaq.

Tiqran Abramyan kimin baş nazirliyə namizəd olduğunu soruşduqda belə cavab verib:

“Düşünürəm ki, bu məsələni şərh etməyə ehtiyac yoxdur. Təşəbbüsün öz gündəliyi var və hazırda bu barədə danışmalı deyilik”.

Xuraman Etibarlı

İnterpress.az