Pediatr: “İnsanlardan başqa heç kəs qızılcanın daşıyıcısı ola bilməz”backend

Pediatr: “İnsanlardan başqa heç kəs qızılcanın daşıyıcısı ola bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanlardan başqa heç kəs qızılcanın daşıyıcısı ola bilməz və virus ətraf mühitə sürətlə yayılır. Sağlam insanlar zədələnmiş səthlərə toxunduqda yoluxma halları ola bilər.

İnterpress.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva deyib.

O bildirib ki, xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə mütləq karantin rejimində olmaq vacibdir: “Bu dövr tam bitdikdən və ağırlaşma olmadıqdan sonra normal həyata qayıtmaq olar. Səpkilər qəhvəyi rəngə çevrildikdən sonra qabıqlanma və yüngül qaşınma ola bilər. Təxminən 2-3 həftədən sonra xəstənin ümumi vəziyyəti yaxşılaşır, iştahası yaxşılaşır. Qızılcaya yoluxan şəxsdə nəticədə ömür boyu davam edən immunitet yaranır”.

S.Mehdiyeva əlavə edib ki, qızılca zamanı yalnız həkim göstərişinə əsasən dərman qəbul edilməlidir.

“Binanın bir blokunda yaşayan qızılcaya yoluxmuş şəxs digər bina sakinlərini təmasda olmadan belə virusa yoluxdura bilər”, – İnstitut rəsmisi vurğulayıb.