Polislərin vaksinasiyasına başlandı – FOTObackend

Polislərin vaksinasiyasına başlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bu gün polis əməkdaşları vaksinasiya edilir.

İnterpress.az-ın məlumatına görə, vaksinasiya prosesi Daxili İşlər Nazirliyinin hospitalında aparılır.

Polis əməkdaşları ilkin olaraq qeydiyyatdan keçir və təzyiqləri ölçülür. Daha sonra müvafiq qaydada onlara vaksin vurulur.

Xatırladaq ki, pandemiya dövründə tibb işçiləri və polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət ediblər. Nazirlər Kabinetinin qərarına əsasən birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq mühafizə orqanlarının əməkdaşları vaksinasiya ediləcək. İkinci mərhələdə isə 50 yaşdan yuxarı ən azı bir xroniki xəstəliyi olanların vaksinasiyası həyata keçiriləcək.

 

İnterpress.az