Polşa ilə Macarıstan arasında diplomatik qalmaqal yaranıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Varşava Budapeştin qaçaq Polşa ədliyyə nazirinin keçmiş müavini Marçin Romanovskiyə sığınacaq verməsindən narazıdır.
Polşada keçmiş məmur vəsaitləri qanunsuz xərcləməkdə şübhəli bilinir. Macarıstan Polşa hakimiyyətinin hərəkətlərini siyasi motivli hesab edir (Romanovski müxalifəti təmsil edir).
Cümə günü Varşava bu fonda səfirini məsləhətləşmələr üçün geri çağırdığını elan edib və Budapeştin hərəkətlərini “dostluqdan kənar hərəkət” adlandırıb.
Xuraman Etibarlı
İnterpress.az