Polşanın Wojnicz şəhərində 4 Gürcüstan vətəndaşını avtomobil vurub.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, hadisə zamanı piyada gedən iki yetkin kişi və iki 13 yaşlı yeniyetmə yaralanıb.
Yerli mətbuatın məlumatına görə, 90 yaşlı kişinin idarə etdiyi avtomobil yolun hərəkət hissəsindən çıxıb, səkiyə çıxıb və piyadaları vurub. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Bildirilir ki, hadisə dünən, fevralın 19-da yerli vaxtla saat 15:00 radələrində baş verib.