Polşa daxili işlər naziri Mariuş Kaminski bildirib ki, Polşa Daxili Təhlükəsizlik Xidməti (ABW) iki Rusiya vətəndaşını polislə birlikdə Rusiyaya bağlı Vaqner muzdluları üçün təbliğat apardıqları üçün saxlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kaminski ölkənin təhlükəsizlik vəziyyəti ilə bağlı aktual məlumatları söyləyib.
Kaminski ölkədə daxili təhlükəsizliyin vacibliyinə toxunaraq deyib: “ABW polislə birlikdə Krakov və Varşavada Rusiya ilə əlaqəsi olan “Vaqner” muzdlularının təbliğat materiallarını yayan iki Rusiya vətəndaşını aşkar edərək saxlayıb”.
Nazir Kaminski sözügedən iki şəxsin digər əməllərlə yanaşı, casusluqda ittiham olunduğunu açıqlayıb.