BAM-ın tikintisi Sovet İttifaqının bütün respublikalarını birləşdirib.
İnterpress.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə birgə Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.
Azərbaycan dövlətinin başçısı qeyd edib: “Bu, həqiqətən də belədir. Onu (BAM-red.) təsadüfən ümumittifaq tikintisi adlandırmırdılar. Əlbəttə, biz fəxr edirik ki, azərbaycanlı inşaatçılar, mütəxəssislər tikintidə fəal iştirak ediblər”.