Prezidentin köməkçisi Gəncədə yaralanan uşağın fotosunu paylaşdıbackend

Prezidentin köməkçisi Gəncədə yaralanan uşağın fotosunu paylaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəlüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb.

İnterpress.az xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri öz tvitter hesabında “Gəncə güclüdür” həştəqindən istifadə edərək qeyd edib:

“Nəsillər dəyişir, ancaq Ermənistanın Azərbaycan xalqına qarşı vəhşilikləri bitmir. Ermənistanın Gəncə şəhərinin yaşayış məntəqələrinə raket hücumu nəticəsində bu 10 aylıq qız yaralanıb”.

İnterpress.az