Prezidentin Protokol xidmətinə yeni rəis təyin edildibackend

Prezidentin Protokol xidmətinə yeni rəis təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilib.

İnterpress.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə A.Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.