Prezidentin xüsusi nümayəndəsi Yaponiyada ikitərəfli əlaqələri müzakirə edib – FOTObackend

Prezidentin xüsusi nümayəndəsi Yaponiyada ikitərəfli əlaqələri müzakirə edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Yaponiyada Naqasaki meri ilə görüşüb və ikitərəfli əlaqələrin inkişafı müzakirə edib.

Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında yazıb.

“Yaponiyanın Xirosima şəhərinə səfər çərçivəsində Naqasaki meri ilə görüş keçirilib və ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub.

Daha sonra Xirosima Sülh Memorial Muzeyinə səfər olunub və məşhur “Asahi Şimbun” qəzetinə müsahibə verilib”, – Prezidentin xüsusi nümayəndəsi qeyd edib.