Putin: “Ətrafımdakı adamların çoxu virusa yoluxub“backend

Putin: “Ətrafımdakı adamların çoxu virusa yoluxub“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirusa görə karantinə getməyim istisna deyil”.

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə paralimpiya komandasının üzvləri ilə görüşdə bildirib.

“Biz, təəssüf ki, indi də ətrafımda “Covid”lə əlaqədar problemlər yaranır. Həqiqətən, nələrin baş verdiyini anlamalıyıq. Düşünürəm ki, tezliklə özüm karantinə alınmalıyam. Ətrafdakıların çoxu xəstədir”, – deyə Putin qeyd edib.

Öz növbəsində, prezidentin mətbuat katibi Dmitri Peskov Putinin açıqlamasını şərh edərkən karantindən danışan dövlət başçısının sözlərini “məcazi ifadələr” adlandırıb.