“Putin hansı addım atacağımıza qərar verəcək” – Lavrovbackend

“Putin hansı addım atacağımıza qərar verəcək” – Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə cavabında ABŞ NATO-nun şərqə doğru genişlənməməsi ehtimalını şərh etməyib”.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.

“Bu sənəddə əsas məsələyə müsbət reaksiya yoxdur. NATO-nun Şərqə doğru daha da genişlənməsinin və Rusiya Federasiyasının ərazisini təhdid edə biləcək zərbə silahlarının yerləşdirilməsinin yolverilməzliyi bizim hər kəsə bəlli olan mövqeyimizdir”, – Lavrov vurğulayıb.

Nazir əlavə edib ki, ABŞ və NATO-nun cavabları ilə bağlı Moskvanın gələcək addımları ilə əlaqədar qərarı Rusiya Prezidenti Vladimir Putin verəcək.