Putinin açıqlamasına sərt reaksiya: “Sən kişisən, yoxsa nə?””backend

Putinin açıqlamasına sərt reaksiya: “Sən kişisən, yoxsa nə?””

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin əsgər anaları ilə görüşdə bildirib ki, hamımız faniyik və bir gün hamımız bu dünyanı tərk edəcəyik. Ekspertlərə görə, Putin bununla da Ukraynada ölənlərin nə zamansa öləcəyinə işarə edərək, Ukraynaya qarşı cinayətkar müharibədə ölənlər üçün gözyaşı tökməyin mənasız olduğuna işarə edib.

Mövzu ilə bağlı politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında bildirib ki, Putinin statistikaya istinad edərək Rusiyada yol qəzalarında və ya spirtli içkilərdən ölənləri misal çəkərək müharibədə həlak olanlarla bağlı irəli sürdüyü fikirlər onun çıxılmaz vəziyyətdə olduğunu büruzə verir:

“Putinlə görüşdə iştirak edən 17 qadının əksəriyyətinin məmur və iqtidaryönlü təşkilatların fəalları olduğu artıq sübut olunub. Ancaq bu, Putinin görüşdə özünü çox inamsız aparmasının və sərsəm açıqlamalar verməsinin qarşısını almayıb. Aydın görünür ki, Ukraynaya qarşı müharibədə uğursuzluq Putinin özünə inamını itirməsinə səbəb olub. Buna görə də həqiqi əsgər anaları ilə görüşməkdən yayınır. Ukraynaya qarşı müharibəyə səfərbər olunmuş hərbçilərin anaları və həyat yoldaşlarının yaratdığı Şura isə Putinə müraciət edərək qorxmursa, saxta əsgər anaları ilə deyil, yaxınlarını müharibədə itirən qadınlarla görüşməyə çağırıblar. Hətta qadınlar Putinə meydan oxumaqdan da çkinməyiblər və “Sən kişisən, yoxsa nə?” sualını veriblər. Bir zamanlar dünyanın bir nömrəli siyasətçisi, prezidenti adlandırılan Putin indi bu vəziyyətə düşüb. Ancaq bu, son deyil”.