Qadın onu boğmağa çalışan dörd metrlik pitonla iki saat MÜBARİZƏ APARDI – FOTObackend

Qadın onu boğmağa çalışan dörd metrlik pitonla iki saat MÜBARİZƏ APARDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tailand sakini onu boğmağa çalışan dörd metrlik pitonla iki saat mübarizə aparıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, Banqkokla qonşu əyalətdə dəhşətli hadisə baş verib.

64 yaşlı qadın işdən sonra evə qayıdıb və orada piton onu əvvəlcə dişləyib, sonra isə uzun müddət boğmağa çalışıb.

Piton ilə qadın arasında gedən mübarizə iki saata yaxın davam edib. Nəticədə səs-küyə qonşu qaçaraq gəlib və xilasediciləri çağırıb.

Qadın sağ qalıb və hətta ciddi xəsarət almayıb.

Xuraman Etibarlı

İnterpress.az