“Qarabağ”ın növbəti mərhələdəki potensial rəqibləri bəlli olurbackend

“Qarabağ”ın növbəti mərhələdəki potensial rəqibləri bəlli olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olacaq.

“Köhlən atlar” II təsnifat mərhələsində İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, “Lüdoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi və ya Kiprin “Apollon” (Limassol) komandası ilə üz-üzə gələcək.