Qaradağ Gənclər Evindən örnək addım“Polisə dəstək” adlı sosial aksiya həyata keçirilib-FOTOLARbackend

Qaradağ Gənclər Evindən örnək addım“Polisə dəstək” adlı sosial aksiya həyata keçirilib-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 iyul Polis günü münasibətilə, eyni zamanda ölkəmizdə yeni növ koronavirus (Covid-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində Qaradağ Gənclər Evinin təşəbbüsü və könüllüləri tərəfindən “Polisə dəstək” adlı sosial aksiya həyata keçirilmişdir.

Belə ki, Qaradağ Gənclər Evinin könüllüləri yeni növ koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə Qaradağ rayonu ərazisində tətbiq olunmuş stasionar postlarda gecə gündüz sağlamlığımızın qorunmasında əvəzsiz rolu olan polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib və daha sonra isti yay günləri ilə əlaqədar şəxsi heyyətə sərinləşdirici su ilə dolu paketlər paylayıb.

Polislərimizə bu şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayan könüllülər, daim gənclərin Azərbaycan polisinin yanında olduğun vurğulayaraq, ictimai asayişin qorunmasında əvəzsiz xidmətlərinə görə onlara təşəkkür edib.

Qeyd edək ki, Ümummili Lider Heydər Əliyevin 24 may 1998-ci il, 710 nömrəli fərmanına əsasən 2 iyul tarixi Azərbaycan Polis əməkdaşlarının peşə bayramı günü kimi təsis edilib.

Mövzunu Facebookda şərh et