Qaxda dağlıq-meşəlik ərazidə yanğın başlayıbbackend

Qaxda dağlıq-meşəlik ərazidə yanğın başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saat 7 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb.

APA-nın məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri, yerli sakinlər və müvafiq qurum nümayəndələri cəlb edilib.

İlkin məlumata görə, yanğına səbəb gecə saatlarında həmin ərazidə irigövdəli ağacı ildırım vurması olub. Yerli sakinlərin dediyinə görə, gecə saatlarından ərazidə qismən tüstülənmə müşahidə edilib, səhər saatlarında isə yanğın qeydə alınıb.

Hazırda dağlıq-meşəlik ərazidəki yanğın nəzarətə götürülüb, söndürülmə prosesi aparılır.