Qaya UÇDU – 50-dən çox yaşayış məntəqəsinin yolu BAĞLANDIbackend

Qaya UÇDU – 50-dən çox yaşayış məntəqəsinin yolu BAĞLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda qaya uçması nəticəsində 50-dən çox yaşayış məntəqəsinin yolu bağlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, Dağıstanın Çarodinski rayonunda 50-dən çox yaşayış məntəqəsi qaya uçması səbəbindən yol əlaqəsi olmadan qalıb.

Artıq mütəxəssislər yolu təmizləmək üçün yola düşüblər.

Xuraman Etibarlı

İnterpress.az