Qazaxda yük maşını aşıb, xəsarət alan varbackend

Qazaxda yük maşını aşıb, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax şəhərində iki avtomobil toqquşub, onlardan biri aşıb. hadisə Qazax şəhərində, mərkəzi bazarın yaxınlığında qeydə alınıb. Minik avtomobilinin firmalardan birinə məxsus kiçik tutumlu yük maşınına çırpılması nəticəsində ikinci nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yola aşıb.

Qəza nəticəsində, 1970-ci il təvəllüdlü Şamil Əliyev xəsarət alıb.

Hadisə səbəbindən avtomobil yolunda bir neçə dəqiqəlik tıxac yaranıb.

Faktla bağlı araşdırmalara başlanılıb.