“Qazaxıstan Ukrayna üzrə danışıqlar platformasına çevrilməyə hazırdır” – Danat Musayevbackend

“Qazaxıstan Ukrayna üzrə danışıqlar platformasına çevrilməyə hazırdır” – Danat Musayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Ukrayna üzrə danışıqlar platformasına çevrilməyə hazırdır.

İnterpress.az xəbər verir ki,bu barədə ABC telekanalına müsahibəsində Qazaxıstanın İspaniyadakı səfiri Danat Musayev bildirib.

“Bizim Ukrayna və Rusiya Federasiyası ilə yaxşı münasibətlərimiz var…

Bizim üçün hər iki ölkə yaxındır. Biz tərəfdarıyıq ki, münaqişənin sülh yolu ilə həlli olmalıdır, başqa alternativ yoxdur”, –  səfir deyib.

O qeyd edib ki, “əvvəldən Qazaxıstan iki tərəf arasında istənilən danışıqlar üçün lazımi platforma təqdim etməyə hazır olduğunu bildirib”.

Xuraman Etibarlı

İnterpress.az